PROQRAMLAR
Ən Əsası | Qeydiyyat | Giriş
Cümə axşamı, 30.01.2025, 13:47
Menu Site
Bölümün Kateqoriyası
Mövzular [13]
Mini-Çat
Giriş Növü
Ən əsası » Məqalələr » Mövzular

QUBADLI RAYONU
QUBADLI RAYONU


Qubadlı inzibati rayon kimi 1933-cü ildə yaradılmışdır

Ərazisi - 826 km2
Əhalisinin sayı - 31300
İnzibati mərkəzi - Qubadlı

Qəsəbələr, kəndlər
Qayalı, Abdalanı, Ləpəxeyranlı, Mahmudlu, Dondarlı, Mirlər, D.Müskanlı, Saray, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtiz, Zor, Yuxarı Xocamsalh, Mehrili Aşağı Xocamsallı, Hal, Qəziyan, Məmər, Mollalı, Ballıqaya, Çərəli, Boynakər, Soldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Qiyaslı, Əbilcə, Xocahan, Tinli, Qilican, Tatar, Qaraqoyunlu, Zilanlı, K.Mahruzlu, Seləli, Mahruzlu, Muğanlı, Alaqurşaq, Xanlıq, Həmzəli, Əfəndilər, Yusifbəyli, Çaytumas, Y.Mollu, A.Mollu, Mollaburan, Xoçik, Mərdanlı, Balasoltanlı, Padar, Qaraimanlı, Qaracallı, Qarakişilər, Qarağaclı, Sarıyataq, Muradxanlı, Həkərli, Xəndək, İşıqlı, Başarat, Milanllı, Hat, Deşdahat, Armudluq, Çardaxlı, Tarovlu, Xələc, Əyin, Göyərcik, Cılfır, Seytas, Göyərabas, Bəxtiyarlı, Novlu, Məzirə, Giircülii, Dovudlu, Qədili, Eyvazlı, Teymur Müskanhlı Bala Həsənli, Xıdırlı, Aşağı Cİbikli, Yuxarı Cibikli, Xallava, Məlikəhmədli, Qundarlı, Əliuquluşağı.

Coğrafi mövqeyi
Bakıdan 401 km-lik məsafədə yerləşən Qubadlı rayonunun Ermənistanla 120, Dağlıq Qarabağla 42 km-lik sərhəd zolağı var. Eyni zamanda Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. Qarabağ silsiləsinin cənub- qərb (Topağac dağı-2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı- 1277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı - 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir .

İqtisadi xarakteristikası
Rayonun təsərrüfatı əsasən taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq sahəsində ixtisaslaşmışdır. Rayonda yağ-pendir, 2 üzüm emalı zavodu, 31 süd-əmtəə ferması,cihazqayırma zavodları, toxuculuq fabriki, inqubator-quşçuluq stansiyası, daş karxanası, barama qurutma məntəqəsi, balıq yetişdirmə vətəgəsi və digər istehsalat obyektləri mövcud idi. Rayonun 33629 hektar kənd təsərrüfatına yararlı torpaqı vardı. Bu torpağın 13958 hektarı əkinə yararlı hesab olunurdu. 1365 hektar sahədə çoxillik bitkilər əkilirdi.18.6 min hektar otlağ, 0.6 hektarını biçənəklər təşkil edirdi. 4825 hektar sahədə suvarma işləri aparılırdı. 850 hektar çoxillik əkin sahəsi mövcud idi ki, bunun da 114 hektarını bağ, 468 hektarını üzümlüklər təşkil edirdi.
Tut bağlarının ümumi sahəsi 268 hektar idi. 543 hektar həyətyanı torpaq sahələrinin payına düşürdü. Rayonun 79812 hektar ümumi torpaq sahəsindən 32275 hektarı yol, tikinti və s. altında qalan torpaqlar idi. 13.2 min hektar təbii meşə sahəsi var idi. 1969-cu ildən həmin sahədə Dövlət yasaqlığı yaradılmışdı.
Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb ,21 rabitə müəssisəsi ,4 xəstəxana və 33 digər səhiyyə müəssisəsi, 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 125 ticarət, 96 iaşə obyekti ,rayon Tarix-diyarşünaslıq muzeyi və digər müəssisələr var idi.

Tarixi və mədəni abidələri
4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrin yadigarları "Qalalı" və "Göyqala".

Qubadlı rayonu 31 avqust 1993-cü ildə təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.
Kateqoriya: Mövzular | Əlavə etdi: TALE_BAKU (16.08.2010) | Müəllif: TALE QASIMOV E
Baxılıb: 1944 | Reytinq: 0.0/0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Axtarış
TALE AVTO MOTORS COMPANY © 2025