Menu Site |
|
|
Bölümün Kateqoriyası |
|
|
Mini-Çat |
|
|
Giriş Növü |
|
|
|
| | |
|
XOCALI RAYONU
XOCALI RAYONU
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır.
Ərazisi - 922 km2 Əhalisinin sayı - 11544 İnzibati mərkəzi - Xocalı
Qəsəbələr, kəndlər Xocalı şəhəri, Xankəndi, Kərgicahan qəsəbəsi, Kosalar kəndi, CəmilH kəndi, Meşəli kəndi. müqəddəsləşdirib.
Coğrafi mövqeyi Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fısdıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.
İqtisadi xarakteristikası Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edirdi. Rayonda tikinti materialları kombinatı, şərabçılıq zavodu, alkoqolsuz içkilər istehsal edən zavod, böyük donuzçuluq və heyvandarlıq kompleksləri, toxuculuq fabriki, tikiş fabrikləri var idi.
Tarixi və mədəniyyət abidələri Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidə. XIX əsrdə aşkar edilmişdir. Daş qutu və kurqanlardan ibarətdir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, niz əvə ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar- Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid "Əsgəran qalası" mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. İki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılmışdır. Rayonun Kərkicahan qəsəbəsində 3 qəbiritsanlıq var. Burada 1400-cü illərə aid yazısı olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbiristanlığının qalıqları, Alban pir-ocaqları və s. var. Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağnın otağı"tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var. Rayonun Meşəli kəndi ərazsində - Meydan yaylağında - müqəddəs ziyarətgah "seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), "Yeddi kilsə" (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.
Xocalı rayonu 26 fevral 1992-ci ildə təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.
|
Kateqoriya: Mövzular | Əlavə etdi: TALE_BAKU (03.08.2010)
| Müəllif: TALE QASİMOV E
|
Baxılıb: 1383
| Reytinq: 0.0/0 |
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər. [ Qeydiyyat | Giriş ]
| |
| | |
|
Axtarış | | |
|