CƏBRAYIL RAYONU
Cəbrayıl inzibati rayonu 1930-cu ildə təşkil edilmişdir
Ərazisi -1050 km2 Əhalisinin sayı - 54430 İnzibati mərkəzi - Cəbrayıl
Qəsəbələr, kəndlər Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çaprand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, G.Veysəlli, Tinli, Qovşudlu, Hacı İsaqlı. Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Mahmudlu stansiyası, Fuğanlı, Dəjəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Yanarxaj, Alıkeyxalı, Maşanlı, Hasanlı, B.Mərcanlı, A.Mərcanlı, Mehdili, Çaxırlı, C.Mərcanlı, Minbaşılı. Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynallar. Hacılı, Tulus, Dağ Tumas, Qaraağac. Sofulu, Çələbilər, Dağ Maşanlı. Qazanzəmi, Söyüdlü, A.Maralyan, Y.Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, St.Qumlaq, St. Xudafərin, St.Xələfli
Coğrafi mövqeyi Rayonun ərazisi Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşmişdir. Rayon cənubdan İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır.
İqtisadi xarakteristikası İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi. Rayonda 12 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 78 kitabxana, 510 çarpayılıq xəstəxana birləşmələri, 72 ümumtəhsil, 3 musiqi məktəbləri var idi.
Tarixi və mədəniyyət abidələri Tarixi və memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Məcid hamamı, Xubyarlı kəndində dairəvi və səkkizguşəli türbələr (XIX əsr), Şıxlar kəndində dairəvi türbə(XIV əsr), Xudafərin körpüsü, Dağtumas kəndində "Divlər sarayı mağarası", Qalacıq kəndində "Məsçid təpəsi", "Canqulu" və "Qumtəpəsi" kurqanları, Diri Dağında "Qız qalası", Dağtumasda "Başıkəsik kümbəz", Sirikdə "Qala" və s. abidələri mühafizə olunmuşdu.
Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.
|