PROQRAMLAR
Ən Əsası | Qeydiyyat | Giriş
Cümə, 31.01.2025, 05:02
Menu Site
Bölümün Kateqoriyası
Mövzular [13]
Mini-Çat
Giriş Növü
Ən əsası » Məqalələr » Mövzular

AĞDAM RAYONU
AGDAM RAYONU


1930-cu ildə Ağdam inzibati rayonu təşkil olunmuşdur.

Ərazisi - 1154 km2
Əhalisinin sayı - 153154
İnzibati mərkəzi - Ağdam

Qəsəbələr, kəndlər
Quzanlı, İmanqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Usublu, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Həsənçobanlı, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı. Çəmənli, Şükürağalı, Saraclı, Xındırıstan, Sarıçoban, Dadaşlar, Kəlbahüseynli, Paşabəyli, Yüzbaşılı-I, Yüzbaşılı-II, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qorvənd, Çıraqlı, Əhmədağalı, Mirəşəlli, Kolqıslaq, Nəmirli, Təzəkənd, Mərzili, Ergi, Şahbulaq.

Coğrafi mövqeyi
Ağdam rayonu Ağcabədi, Bərdə, Tərtər, Dağlıq Qarabağa daxil olan Ağdərə rayonları ilə həmsərhəddir. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbindədir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəkliyi 1365 metrdir.Rayonun relyefi əsasən düzənlik, qismən alçaq dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ düzünün mütləq hündürlüyü cənub-qərbdən şimal-şərqə doğru tədricən azalır. Ərazidə əhəng daşı, sement xammalı, çınqıl və qum yataqları var. Rayon ərazisində Xaçın və Qarqar çayları axır.

İqtisadi xarakteristikası
Rayon iqtisadiyyatının əsasını yeyinti, yüngül sənaye və kənd təsərrüfatı - pambıqçılıq, taxıllıq, üzümçülük, baramaçılıq, heyvandarlıq təşkil edir. Rayonda ət kombinatı, yağ-pendir, konserv, dəzgah avadanlığı və bir neçə şərab zavodları, barama toxumu fabriki, xalça fabriki, mexanikləşdirilmiş daş karxanası, çörəkxana, quşçuluq fabriki, mıişət xidmıti kombinatı, , iki dəmir yolu vağzalı və aeroport və s. müəssisələr var idi.36 kolxoz və sovxoz; 12 sənaye, 196 mədəni-maarif, 158 səhiyyə obyekti, 103 məktəb.

Tarixi və mədəniyyət abidələri
Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan memarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), şahbulaq qalası və s. memarlıq abidələri.

Ağdam rayonu 23 iyul 1993-cü ildə təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.


Kateqoriya: Mövzular | Əlavə etdi: TALE_BAKU (16.08.2010) | Müəllif: TALE QASIMOV E
Baxılıb: 940 | Reytinq: 0.0/0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Axtarış
TALE AVTO MOTORS COMPANY © 2025